...

Qahirə Rusiyanın Misirlə hava əlaqələrinin bərpasını alqışlayıb

Turizm Materials 24 Aprel 2021 08:15 (UTC +04:00)
Qahirə Rusiyanın Misirlə hava əlaqələrinin bərpasını alqışlayıb

Bakı. Trend:

Misir Turizm və Antikalar Nazirliyi Rusiya Federasiyası şəhərləri ilə ölkəsinin kurortları arasında hava əlaqələrinin bərpası qərarını alqışlayıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə qurumun rəsmi nümayəndəsi Soha Baxqat bildirib.

Məlumatda deyilir: "Rusiya ilə Misir kurortları arasında çarter uçuşlarını bərpa etmək qərarını alqışlayırıq və ilk rus turist heyətinin gəlişini gözləyirik".

Qeyd edilir ki, Rusiyalı turistlər 2015-ci ildən Misirə gələn turist axını həcminin 25-30 faizini təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti