...

Türkiyədə referendumun ilkin tarixi açıqlandı

Dünya xəbərləri Materials 19 Oktyabr 2016 13:12 (UTC +04:00)
Türkiyənin prezident idarəçiliyi formasına keçidlə bağlı yeni Konstitusiyası üzrə referendum 2017-ci ilin aprelində keçirilə bilər.
Türkiyədə referendumun ilkin tarixi açıqlandı

Bakı. Trend:

Türkiyənin prezident idarəçiliyi formasına keçidlə bağlı yeni Konstitusiyası üzrə referendum 2017-ci ilin aprelində keçirilə bilər.

Trend-in məlumatına görə, bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hayati Yazıçı NTV telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, Konstitusiyaya prezident sistemi ilə bağlı təklif olunan dəyişikliklər 12-15-ci maddələri əhatə edir:

"Parlament bu məsələni yanvarda müzakirə edə bilər. Əgər bu baş tutsa, aprel ayında referendum keçirilə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti