...

İstanbulda aviareyslər təxirə salındı - bu dəfə SƏBƏB?

Dünya xəbərləri Materials 13 Dekabr 2016 17:09 (UTC +04:00)
“Türk hava Yolları” (THY) Atatürk hava limanında bu gün və sabah üçün 19 reysi ləğv edib.
İstanbulda aviareyslər təxirə salındı - bu dəfə SƏBƏB?

Bakı. Orxan Quluzadə - Trend:

Əlverişsiz hava şəraiti İstanbulun hava limanlarında uçuşların təxirə salınmasına səbəb olub.

Bu barədə Trend Türkiyənin Mülki aviasiya idarəsinin saytına istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, “Türk hava Yolları” (THY) Atatürk hava limanında bu gün və sabah üçün 19 reysi ləğv edib.

Eyni zamanda Sabiha Gökçən hava limanının rəhbərliyi sabaha nəzərdə tutulan uçuşları 10 faiz azaldacağını elan edib.

İstanbulda əlverişsiz hava şəraitinin həftənin sonunadək davam edəcəyi proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti