...

XİN: Türkiyə terrorizmlə mübarizədə Somaliyə dəstək verməyə davam edəcək

Dünya xəbərləri Materials 14 Dekabr 2017 22:44 (UTC +04:00)
Türkiyə Somalinin paytaxtı Moqadişoda polis akademiyasında törədilən terror aktını pisləyir.
XİN: Türkiyə terrorizmlə mübarizədə Somaliyə dəstək verməyə davam edəcək

Bakı. Trend:

Türkiyə Somalinin paytaxtı Moqadişoda polis akademiyasında törədilən terror aktını pisləyir.

Trend-in məlumatına görə, bu barədə ölkənin XİN-in bəyanatında bildrilir.

"Sabitlik və təhlükəsizliyin pozulmasına yönəlmiş terror aktını qəti şəkildə pisləyirik. Ölənlərə Allahdan rəhmət diləyir, yaralılara şəfa arzulayırıq. Türkiyə terrorizmlə mübarizədə Somali xalqı və hökumətinə, həmçinin bu məsələ üzrə beynəlxalq səylərə dəstək verməyə davam edəcək", deyə bəyanatda bildirlir.

Xatırladaq ki, bu gün Somalidə polis akademiyasının yaxınlığında baş verən partlayış nəticəsində 17 nəfər ölüb, daha 20 nəfər isə yaralanıb. Terror aktına görə məsuliyyəti üzərinə "Əş-Şəbab" terror qruplaşması götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti