...

Ukraynadan daha 6 ərzaq gəmisi yola düşüb

Dünya xəbərləri Materials 2 Sentyabr 2022 17:11 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna limanlarından ərzaq məhsulları ilə yüklənmiş daha 6 gəmi yola düşüb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "Twitter" səhifəsində yazıb.

Qeyd olunub ki, gəmilərin yola düşməsi İstanbulda yerləşən Birgə Koordinasiya Mərkəzi tərəfindən razılaşdırılıb.

Xatırladaq ki, Ukrayna limanlarında qalan taxıl və digər ərzaq məhsullarının çıxarılması üçün Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələri tərəfindən Birgə Koordinasiya Mərkəzi işə salınıb.

Avqustun 1-dən bu günədək Ukraynadan yola düşən gəmilərin sayı 150-ni keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti