...

ABŞ-ın dövlət borcu bir aydan az müddətdə 500 milyard dollar artıb

Dünya xəbərləri Materials 11 Oktyabr 2023 02:28 (UTC +04:00)
ABŞ-ın dövlət borcu bir aydan az müddətdə 500 milyard dollar artıb

Bakı. Trend:

ABŞ-ın dövlət borcu bir aydan az müddətdə 500 milyard dollardan çox artaraq 33,5 trilyon dollara çatıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi bildirib.

Sentyabrın 18-də nazirlik bildirib ki, ölkənin ümumi dövlət borcu 33 trilyon dolları ötüb. O zaman bu göstərici rekord saylırdı. İyunun 16-da bu rəqəm 32 trilyon dolları ötüb.

Nazirliyin son hesablamalarına görə, ABŞ-ın dövlət borcu artıq 33,513 trilyon dolları ötüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti