...

ABŞ-ın dövlət borcu 34 trilyon dolları ötüb

Dünya xəbərləri Materials 3 Yanvar 2024 02:43 (UTC +04:00)
ABŞ-ın dövlət borcu 34 trilyon dolları ötüb

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının dövlət borcu 34 trilyon dolları ötüb.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin saytında bildirilib.

Bildirilib ki, Bakı vaxtı ilə saat 01:30-a olan məlumata görə, Birləşmiş Ştatlarının dövlət borcu 34,001 trilyon dollar təşkil edib. Bu da 2023-cü ildə 4 trilyon dollardan çox artım deməkdir.

Xatırladaq ki, ötən ilin yanvar ayında ABŞ hökumətinin 31,4 trilyon dollar məbləğində müəyyən edilmiş borc tavanı aşılıb. Bundan sonra ölkənin Maliyyə Nazirliyi maliyyə əməliyyatlarını davam etdirmək üçün fövqəladə tədbirlər görməyə məcbur olub. ABŞ administrasiyası son aylarda Konqresi borc limitini artırmağa çağırıb. Nümayəndələr Palatasına nəzarət edən Respublikaçılar borc tavanını artırmağa razılaşıblar, lakin büdcədə əhəmiyyətli ixtisarlar aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti