...

Almaniya prezidenti üç naziri vəzifəsindən azad etdi

Dünya xəbərləri Materials 7 Noyabr 2024 20:11 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Almaniyanın ədliyyə naziri Marko Buşman və təhsil və tədqiqat naziri Bettina Stark-Vatzingeri vəzifələrindən azad edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, nazirlər Azad Demokrat Partiyasını təmsil edir.

Qeyd edək ki, noyabrın 7-də Ştaynmayer deputatlar kansler Olaf Şoltsa etimad göstərməkdən imtina edərsə, Bundestaqı buraxmağa və Almaniyada növbədənkənar parlament seçkilərinə başlamağa hazır olduğunu bəyan edib.

Xatırladaq ki, ötən gün Almaniyanın maliyyə naziri Kristian Lindner vəzifəsindən uzaqlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti