...

ABŞ, Yaponiya və Avstraliya müdafiə məsləhətləşmələri mexanizmini işə salır

Dünya xəbərləri Materials 17 Noyabr 2024 08:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ, Yaponiya və Avstraliya müdafiə nazirlikləri təhlükəsizlik sahəsində üçtərəfli məsləhətləşmələr mexanizminin yaradılması barədə razılığa gəliblər.

Trend xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin, Yaponiyanın müdafiə naziri Gen Nakatani və Avstraliyanın müdafiə naziri Riçard Marlesin birgə bəyanatında qeyd edilib.

Bəyanatda vurğulanıb ki, yeni mexanizm üç ölkənin silahlı qüvvələri arasında siyasət və əməliyyat koordinasiyasını gücləndirmək məqsədi daşıyır.

Tərəflər həmçinin Avstraliya və ABŞ arasında davam edən əməkdaşlıqda Yaponiyanın artan rolunu alqışlayıblar. Bu çərçivədə, hər il üçtərəfli desant təlimlərinin keçirilməsi qərara alınıb.

Bundan əvvəl Yaponiya Özünümüdafiə Qüvvələrinin Avstraliyada dəniz piyadalarının müntəzəm yerləşdirilməsinə başlanacağı açıqlanmışdı. Bu təşəbbüs müdafiə və təhlükəsizlik sahəsində üç ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edir.

Xəbər lenti

Xəbər lenti