...

Qazaxıstanda neft emalı 3,3% artıb

Dünya xəbərləri Materials 8 İyul 2006 11:56 (UTC +04:00)

2006-cı ilin yanvar-iyun aylarında Qazaxıstanda neft emalı 5,52 mln ton təşkil edib ki, bu da 2005-ci ilin birinci yarısı ilə müqayisədə 3,3% çoxdur. Bu barədə Trend in xüsusi müxbirinə respublika hökumətindən məlumat verilib.

Qazaxıstanda birinci yarımildə avtomobil yanacağı istehsalı 0,8% artaraq 1,1 mln. ton təşkil edib.

Hesabat dövrü ərzində respublika zavodlarında 1,63 mln ton dizel yanacağı (+4,1%), 132,32 min ton aviasiya yanacağı (+16,7%) və 1,65 mln ton mazut (-7,2%) istehsal olunub.

Xəbər lenti

Xəbər lenti