...

Afinada Nizami Gəncəvinin abidəsi ucaldılacaq

Cəmiyyət Materials 6 İyul 2013 16:45 (UTC +04:00)
Yunanıstanın paytaxtı Afinada Azərbaycanın dahi şairi Nizami Gəncəvinin abidəsi ucaldılacaq.
Afinada Nizami Gəncəvinin abidəsi ucaldılacaq

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Yunanıstanın paytaxtı Afinada Azərbaycanın dahi şairi Nizami Gəncəvinin abidəsi ucaldılacaq. Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, bunu "İnternet jurnalistikasında peşə etikası" mövzusunda Gəncədə keçirilən tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev
deyib.

Onun sözlərinə görə, artıq YUNESKO bununla bağlı qərar qəbul edib.

Abidənin qoyulması Azərbaycan tərəfinin müraciəti əsasında həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti