...

"Qarabağ”ın Çempionlar Liqasında ev oyunlarının keçiriləcəyi stadion bəlli oldu

İdman Materials 31 Avqust 2025 10:50 (UTC +04:00)
"Qarabağ”ın Çempionlar Liqasında ev oyunlarının keçiriləcəyi stadion bəlli oldu

Bakı. Trend:

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində ev oyunlarını hansı stadionda keçirəcəyi dəqiqləşib.

Trend-in məlumatına görə, bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.

Bildirilib ki, Ağdam təmsilçisi rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.

Artıq Avropa futbol qurumunun saytında Azərbaycan çempionunun ev matçlarının yeri mərkəzi arena olaraq göstərilib.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsində 8 oyuna çıxacaq. Matçların 4-ü evdə, 4-ü səfərdə olacaq. Ağdam təmsilçisi əsas mərhələyə sentyabrın 16-da Portuqaliyada "Benfika"ya qarşı görüşlə start verəcək. İlk ev qarşılaşması isə oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" komandasına qarşı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti