Bakı. Trend:
Böyük Britaniya Müdafiə Nazirliyi bu razılaşmanı ölkə tarixində dəyərinə görə ən böyük hərbi gəmi ixracı kimi qiymətləndirib.
Trend xəbər verir ki, London Norveç donanmasına ən azı beş yeni hərbi gəmi tədarük edəcək.
Rəsmi məlumatlara görə, layihə 2030-cu illərin ortalarınadək Böyük Britaniyada 4 min iş yerini dəstəkləyəcək. Onlardan 2 mindən çoxu “BAE Systems” şirkətinin Qlazqodakı gəmiqayırma zavodlarında olacaq.
Baş nazir Kir Starmer sazişi iqtisadi artımı dəstəkləyən və milli təhlükəsizliyi gücləndirən mühüm nailiyyət adlandırıb. Onun sözlərinə görə, bu razılaşma yalnız Britaniya Silahlı Qüvvələri üçün deyil, həmçinin Norveç və NATO-nun təhlükəsizliyi üçün də böyük əhəmiyyət kəsb edir.
Müdafiə Nazirliyi əlavə edib ki, layihə Birləşmiş Krallıqda fəaliyyət göstərən 400-dən çox şirkəti, o cümlədən Şotlandiyada yerləşən 103 müəssisəni əhatə edəcək.