Bakı. Trend:
Sentyabrın 4-də Parisdə ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri arasında görüş baş tutacaq.
Trend xəbər verir ki, bu barədə "The Financial Times" məlumat yayıb.
Görüş Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə keçiriləcək. Tədbirdə həmçinin Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, NATO Baş katibi Mark Rütte və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iştirak edəcəklər.
Yelisey Sarayı hələlik bu məlumatı şərh etməyib.
Qeyd edək ki, adları çəkilən siyasətçilərin hamısı avqustun 18-də Ağ Evdə keçirilən sammitdə iştirak ediblər. Həmin sammitdə Ukrayna üçün təhlükəsizlik təminatları və digər məsələlər müzakirə olunub.