...

Azərbaycanda balıq ovlama mövsümü açıldı

Cəmiyyət Materials 1 Sentyabr 2025 06:00 (UTC +04:00)
Azərbaycanda balıq ovlama mövsümü açıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gündən Azərbaycanda balıq ovlama müddəti açıq elan olunur.

Trend xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Balıq və digər su bioresursları ovunun Qaydaları"na əsasən, kürüləmə dövrü səbəbindən sənaye məqsədilə balıq və digər su bioresurslarının ovuna moratorium Kür çayında, Sarısu gölündə, eləcə də Mingəçevir, Şəmkir, Araz və Yenikənd su anbarlarında bu gün başa çatır.

Qanunsuz balıq ovunun qarşısını almaq məqsədilə Balıqçılıq və Akvakulura Mərkəzi ilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi Xəzər dənizinin Azərbaycana aid hissəsində və ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirir. Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Xəbər lenti

Xəbər lenti