Bakı. Trend:
Böyük Britaniyanın Qahirədəki səfirliyi Misir hakimiyyətinin diplomatik missiyanın mühafizəçilərini geri çağırması səbəbindən müvəqqəti bağlanıb.
Trend xəbər verir ki, bu barədə səfirliyin rəsmi "Facebook" hesabında məlumat verilib.
Məlumatda qeyd olunur: "Bazar günü, avqustun 31-də Misir hakimiyyəti Böyük Britaniyanın Qahirədəki səfirliyinin əsas binasını mühafizə edən təhlükəsizlik qüvvələrini geri çağırmaq qərarına gəlib. Bu fonda vəziyyət dəyişənə qədər səfirlik binasının bağlanması qərara alınıb."
Misir rəsmiləri hələlik hadisə ilə bağlı şərh verməyiblər.