...

Honq-Konqda 418 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 1 Sentyabr 2025 07:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsinin polisi metropolda narkotik alverçilərinə qarşı yeddi həftə davam edən genişmiqyaslı xüsusi əməliyyatı yekunlaşdırıb.

Trend xəbər verir ki, bu barədə South China Morning Post məlumat yayıb.

Əməliyyat nəticəsində ən kiçiyi 13 yaşında olan 418 nəfər saxlanılıb. Onlardan 328-i kişi, 90-ı qadındır. Saxlanılanlar arasında 11 azyaşlı və 6 qız da var.

Polis ümumilikdə 338 kiloqram müxtəlif növ narkotik vasitə götürüb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, bəzi alverçilər cüzi mükafat müqabilində gəncləri narkotik satışına cəlb edərək məsuliyyəti onların üzərinə yükləməyə çalışıblar.

Xəbər lenti

Xəbər lenti