Bakı. Trend:
Cəlilabadda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar olub.
Trend-in məlumatına görə, hadisə ötən gün qeydə alınıb.
Belə ki, 24.11.1989-cu il təvəllüdlü Sahib Ağayev idarə etdiyi “Opel Astra” markalı avtomobillə hərəkətdə olan 24.11.1980-ci il təvəllüdlü Musa Vəliyevin idarə etdiyi “Vaz-21074” markalı avtomobil ilə toqquşma baş verib.
Nəticədə “Vaz-21074” markalı avtomobildə olan sərnişin 23.02.2022-ci il təvəllüdlü Nazlı Vahibzadə almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
Həmin avtomobildə olan digər şəxslər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci mаddəsi ilə cinayət işi başlanıb.