...

Gömrük rüsumları dayandırılsa, ABŞ üçüncü dünya ölkəsinə çevrilə bilər - Tramp

Dünya xəbərləri Materials 1 Sentyabr 2025 09:00 (UTC +04:00)
Gömrük rüsumları dayandırılsa, ABŞ üçüncü dünya ölkəsinə çevrilə bilər - Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gömrük rüsumları qaldırılsa, ABŞ üçüncü dünya ölkəsi ola bilər.

Trend xəbər verir ki, bu fikri ABŞ Prezidenti Donald Tramp "Truth Social"dakı paylaşımında bildirib.

Onun sözlərinə görə, ABŞ iqtisadiyyatına ilk növbədə rüsumlar hesabına 15 trilyon dollardan çox investisiya qoyulacaq. Əgər rüsumlar məhkəmə qərarı ilə dayandırılsa, bu sərmayənin demək olar hamısı və əlavə gəlirlər dərhal ləğv ediləcək. “Bir çox cəhətdən biz yenidən böyük ölkə olmaq ümidi olmayan üçüncü dünya ölkəsi olacağıq”, – Tramp vurğulayıb.

Başqa paylaşımında isə o, ölkədə qiymətlərin, o cümlədən enerji daşıyıcılarının ucuzlaşdığını və “inflyasiyanın faktiki olaraq olmadığını” qeyd edib.

Xəbər lenti

Xəbər lenti