...

Bu rayonda qaz təchizatı müvəqqəti dayandırılıb

Cəmiyyət Materials 1 Sentyabr 2025 10:51 (UTC +04:00)
Bu rayonda qaz təchizatı müvəqqəti dayandırılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılıb.

Bu barədə Trend-ə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Savalan”, “Hacı Seyfəl” və “PMK” orta təzyiqli qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması məqsədi ilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılıb.

Təmir işləri aparılan müddətdə Sabunçu rayonu, Maştağa qəsəbəsinin H.Heybətov, Nizami, A.M.Əbdülkərim, M.Ə.Sabir, A.M.Ələkbər, A.Ş.Hüseyn, Y.Musayev, N.Nərimanov, H.Aslanov küçələrinin, Maştağa Ləhic bağları, Savalan, Maştağa-Nardaran yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti