...

Cənubi Koreyanın avqust ixracı artıb

Dünya xəbərləri Materials 1 Sentyabr 2025 08:38 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin tarif siyasətinə baxmayaraq, Cənubi Koreyanın avqust ayında ixrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1,3% artaraq 58,4 milyard dollar təşkil edib.

Trend xəbər verir ki, bu barədə Yonhap agentliyi Ticarət, Sənaye və Energetika Nazirliyinə istinadən məlumat yayıb.

Beləliklə, ardıcıl üçüncü aydır ki, ixrac artımı qeydə alınır.

Hesabat dövründə yarımkeçiricilərin ixracı ötən ilin avqustu ilə müqayisədə 27,1% artaraq rekord həddə – 15,1 milyard dollara çatıb. Avtomobil ixracı 8,6%, dəniz gəmiləri 11,8% (3,14 milyard dollar), kənd təsərrüfatı və balıqçılıq məhsulları 3,2% (0,96 milyard dollar), kosmetika 5,1% (0,87 milyard dollar), elektron cihazların ixracı isə 5,6% artaraq 1,29 milyard dollara yüksəlib və avqust ayı üçün ən yüksək göstəriciyə çatıb.

Xəbər lenti

Xəbər lenti