...

İran Pakistanla bütün sahələrdə əlaqələri möhkəmləndirməyə maraqlıdır – İran prezidenti

Dünya xəbərləri Materials 1 Sentyabr 2025 09:41 (UTC +04:00)
İran Pakistanla bütün sahələrdə əlaqələri möhkəmləndirməyə maraqlıdır – İran prezidenti
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran Pakistanla bütün sahələrdə ikitərəfli münasibətləri möhkəmləndirməyə və əməkdaşlığın inkişafı qarşısında duran maneələri aradan qaldırmağa maraqlıdır.

Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (1 sentyabr) Çində Şanxay Əməkdaşlıq Təşkilatınin zirvə toplantısının kənarında Pakistan baş naziri Şahbaz Şəriflə görüşdə deyib.

Onun sözlərinə görə, iki ölkə xalqları arasında möhkəm bağlar var və bu əlaqələrin inkişaf etdirilməsinə öz töhfəsini verə bilər.

Pezeşkian deyib ki, İran Pakistanla müxtəlif sahələrdə iki ölkə və region üçün sülh, dirçəliş, rifah və sabitliyə töhfə verəcək əməkdaşlığı etməyə hazırdır.

Görüşdə Pakistan baş naziri Şahbaz Şərif də bildirib ki, İran prezidentinin Pakistana olan səfəri iki ölkənin dostluq münasibətlərinin möhkəmlənməsinə müsbət və faydalı təsirlərini göstərəcək. Bu səfər Pakistan iş adamlarının böyük marağına səbəb olub və iki ölə arasında ticarət sahəsində mübadilələrin artmasına öz töhfəsini verəcək. İki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı düzgün istiqamətdə irəliləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti