...

Yanğınsöndürən balonundan narkotik çıxdı: Gömrükdə 2 kq metamfetamin aşkarlandı (FOTO)

İqtisadiyyat Materials 1 Sentyabr 2025 10:01 (UTC +04:00)
Yanğınsöndürən balonundan narkotik çıxdı: Gömrükdə 2 kq metamfetamin aşkarlandı (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İran İslam Respublikasından Biləsuvar gömrük buraxılış məntəqəsi vasitəsilə ölkə ərazisinə daxil olan yük nəqliyyat vasitəsinə rentgen qurğusunun tətbiq edilməsi ilə həyata keçirilən gömrük baxışı zamanı və digər kompleks tədbirlər nəticəsində avtomobilin yanğınsöndürmə balonundan gömrük nəzarətindən gizlədilən, ümumi təqribi çəkisi 2 kiloqram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bildirilib ki, qaçaqmalçılıqda şübhəli bilinən sürücü və ölkə ərazisində cinayətin iştirakçısı olan digər şəxs saxlanılıb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti