Bakı. Trend:
2025-ci il sentyabrın 1-də Trend BİA mühüm mərhələni - yaranmasının 30 illiyini qeyd edir.
Bu illər ərzində Trend kiçik redaksiyadan Cənubi Qafqaz, Mərkəzi Asiya və Xəzər regionunda mühüm hadisələri işıqlandıran, regionda aparıcı və nüfuzlu çoxdilli agentliklərdən birinə çevrilib.
Komandanın peşəkarlığı və rəqabət qabiliyyəti sayəsində agentlik bütün dünyada siyasətçilər, diplomatlar və işgüzar dairələr arasında tanınıb. Trend BİA üçün növbəti addım Avropa və Asiya media bazarlarında işləməkdir. Artıq Türkiyə və Avropa ölkələrində lazımi platformalar yaradılıb və onların əsasında agentlik bu regionlarda media üçün rəqabət yaratmaq niyyətindədir.
Azərbaycan Memarlar İttifaqının sədri, Əməkdar memar Elbay Qasımzadə Trend-in 30 illiyi ilə bağlı fikirlərini bölüşüb.
O bildirib ki, müasir informasiya məkanında Trend-in özünəməxsus yeri var:
"Müstəqilliyimizin ilk günlərindən yeni həyatın ən vacib rəmzlərindən biri – azad media şəbəkəsinin yaranması olub. Bu geniş palitrada Trend İnformasiya Agentliyi özünəməxsus yer tutub. Artıq 30 ildir ki, bu informasiya agentliyi ölkəmiz haqqında həqiqətləri dünyaya yayır, xalqımızın obyektiv məlumatlandırılmasının xidmətində dayanır.
Əziz dostlar, Sizi yubileyiniz münasibətilə təbrik edirəm. Ümid edirəm ki, gələcək fəaliyyətinizdə də yüksək peşəkarlıqla, vətəndaş düzgünlüyü ilə, Vətənə sevgi ilə xidmət edəcəksiniz. Bu çətin, lakin şərəfli yolda sizə təbriklərimi və ən xoş arzularımı bildirirəm".