...

Telegram profillərinə musiqi əlavə etmək imkanı gəlib

Dünya xəbərləri Materials 1 Sentyabr 2025 00:32 (UTC +04:00)
Telegram profillərinə musiqi əlavə etmək imkanı gəlib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Telegram-da istifadəçilər artıq profillərində musiqini göstərmək imkanına malik olacaqlar.

Trend xəbər verir ki, messencer komandası bu barədə rəsmi açıqlama yayıb.

Yeni funksiyaya görə, istifadəçinin şəklinin altındakı treklər üçün ayrıca panel görünəcək. İstənilən söhbətlərdən musiqi əlavə etmək mümkündür və bu, daxili media pleyer vasitəsilə həyata keçirilir. Profilə mahnı əlavə edildikdə isə əvvəlki trekləri özündə birləşdirən pleylist yaradılır.

Bundan başqa, Telegram Android tətbiqində istifadəçi profilləri yenidən dizayn edilib. İndi şəkil ekranın mərkəzində "kiçildilmiş" formada yerləşir və istifadəçinin kolleksiya hədiyyələri varsa, şəkli əhatə edir.

Xəbər lenti

Xəbər lenti