...

Trend Beynəlxalq İnformasiya Agentliyi Azərbaycanın və daha geniş regionun qlobal baxışının formalaşmasına töhfə verir - EANA-nın Baş katibi

Siyasət Materials 1 Sentyabr 2025 10:30 (UTC +04:00)
Trend Beynəlxalq İnformasiya Agentliyi Azərbaycanın və daha geniş regionun qlobal baxışının formalaşmasına töhfə verir - EANA-nın Baş katibi
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il sentyabrın 1-də Trend BİA mühüm mərhələni - yaranmasının 30 illiyini qeyd edir.

Bu illər ərzində Trend kiçik redaksiyadan Cənubi Qafqaz, Mərkəzi Asiya və Xəzər regionunda mühüm hadisələri işıqlandıran, regionda aparıcı və nüfuzlu çoxdilli agentliklərdən birinə çevrilib.

Komandanın peşəkarlığı və rəqabət qabiliyyəti sayəsində agentlik bütün dünyada siyasətçilər, diplomatlar və işgüzar dairələr arasında tanınıb. Trend BİA üçün növbəti addım Avropa və Asiya media bazarlarında işləməkdir. Artıq Türkiyə və Avropa ölkələrində lazımi platformalar yaradılıb və onların əsasında agentlik bu regionlarda media üçün rəqabət yaratmaq niyyətindədir.

Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibi Aleksandru Qiboy Trend agentliyi ilə əməkdaşlıq təcrübəsi və fəaliyyətinə dair təəssüratlarını bölüşüb.

“Fəaliyyətinin 30 ili ərzində Trend öz auditoriyası üçün peşəkar və fədakar şəkildə çalışmaqla, bütün dünya üçün Azərbaycan barədə etibarlı xəbər mənbəyinə çevrilib”,- deyə o bildirib.

Onun sözlərinə görə, 30 illik fəaliyyəti ərzində Trend BİA ölkə və bütövlükdə geniş region barədə təsəvvürün formalaşmasına böyük töhfə verib.

“Agentliyin 30 illiyi münasibətilə bütün komandaya ən səmimi təbriklərimi çatdırmaq istəyirəm. Xüsusi təşəkkürümü isə Trend BİA-nin direktoru İlqar Hüseynova bildirirəm. Onun peşəkarlığa daim sadiqliyi sayəsində agentlik Azərbaycanın media məkanında aparıcı mövqelərdən birini tutub.

Arzu edirəm yeni onilliklər Trend agentliyinə daha çox uğur, innovasiya və beynəlxalq nüfuz qazandırsın, onun rolunu həm Azərbaycanda, həm də qlobal informasiya məkanında daha da möhkəmləndirsin”, – deyə EANA-nın baş katibi yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti