...

Şəkidə kütləvi zəhərlənmə - 21 nəfər xəstəxanalıq oldu

Gündəm Materials 27 Avqust 2019 17:12 (UTC +04:00)
Həkimlər onlarda dizbakterioz aşkarlayıblar.
Şəkidə kütləvi zəhərlənmə - 21 nəfər xəstəxanalıq oldu

Bakı. Ceyhun Ələkbərov - Trend:

Şəkidə toyda kütləvi zəhərlənmə baş verib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Şəkidə toyda iştirak edən 21 nəfər zəhərlənib. Çeşməbelli kəndində məclisdə olan şəxslər toydan sonra Mərkəzi Rayon Xəstəxanasına müraciət ediblər.

Müraciət edənləri müayinə edən həkimlər onlarda disbakterioz aşkarlayıblar. Xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti