...

OPEC bazar günü dünya bazarında neftin qiymətini müzakirə edəcək

Dünya xəbərləri Materials 29 Noyabr 2025 01:28 (UTC +04:00)
OPEC bazar günü dünya bazarında neftin qiymətini müzakirə edəcək

Bakı. Trend:

Noyabrın 29-da Neft İxrac Edən Ölkələrin Təşkilatı (OPEC) dünya bazarında neftin qiymətini müzakirə edəcək. Üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə 1 gündə 4 iclas baş tutacaq.

Trend xəbər verir ki, bazar günü Qrinviç vaxtı ilə saat 13:00-da (Bakı vaxtı ilə 10.00) nazirlərin görüşü, sonra təşkilatın monitorinq komitəsinin, ardınca OPEC+ ölkələrinin nazirlərinin, sonda isə alyansın 8 üzvünün xüsusi iclası gözlənilir.

Dünya bazarında neftin qiymətində eniş tendensiyasını nəzərə alınarsa, üzv dövlətlərin hasilatı əvvəlki səviyyədə saxlayacaqları barədə razılıq əldə edəcəkləri gözlənilir. OPEC bir neçə il ardıcıl olaraq hasilatın aşağı səviyyədə saxlanılmasına nail oldu ki, qiymətlər sabit qalsın. Lakin təşkilat cari ilin aprel ayında hasilatı artırmaq qərarına gəldi ki, bu da dünya bazarında neftin qiymətinin enməsi ilə nəticələndi.

ABŞ-ın Rusiyanın “Lukoil” və “Rosneft” şirkətlərinə qarşı tətbiq etdiyi sanksiya qiymətlərin kəskin şəkildə aşağı düşməsinə səbəb olmadı. Bunun səbəbi 8 ölkənin - Səudiyyə Ərəbistanı, BƏƏ, Qazaxıstanın, Rusiyanın, Küveyt, Əlcəzair, Oman və İraqın sutkalıq hasilatı artıraraq 2,9 milyon barela çatdırmaları oldu. Hazırda dünya bazarında sutkada 100 milyon barel neft satılır və bu, tərəfləri qane edir. Bunun üçün OPEC-in noyabrın 29-da keçiriləcəyi iclaslarında hasilatın sabit qalması haqqında qərar verəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti