...

Tramp Baydenin avtomatik qələmlə imzaladığı bütün sənədləri ləğv edib

Dünya xəbərləri Materials 29 Noyabr 2025 00:49 (UTC +04:00)
Tramp Baydenin avtomatik qələmlə imzaladığı bütün sənədləri ləğv edib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp keçmiş dövlət başçısı Co Baydenin avtomatik qələmlə (autopen) imzaladığı bütün sənədləri ləğv edib.

Trend xəbər verir ki, bu barədə o, “Truth” sosial media platformasında yazıb. Prezident bildirib ki, Baydenin imzaladığı sənədlərin təxminən 92 faizinə avtomatik imza atılıb. Avtomatik qələmi idarə edənlər bunu qanunsuz iş görüblər.

“Co Bayden avtomatik qələm prosesində iştirak etməyib və əgər iştirak etdiyini desə, yalan ifadə vermək ittihamı ilə məsuliyyətə cəlb olunacaq”, - deyə Tramp əlavə edib.

Xəbər lenti

Xəbər lenti