...

Azərbaycanda kiçik sahibkarlığa verilən kreditlər 1,6 milyard manatı ötüb

İqtisadiyyat Materials 28 Noyabr 2025 17:26 (UTC +04:00)
Azərbaycanda kiçik sahibkarlığa verilən kreditlər 1,6 milyard manatı ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin noyabrın 1-nə Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,629 milyard manat təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, cari ilin oktyabr ayının 1-i ilə müqayisədə 9,5 milyon manat və ya 0,6%, ötən ilin eyni dövrünə nisbətən isə 56,8 milyon manat və ya 3,6% çoxdur.

Belə ki, cari ilin oktyabr ayının 1-nə Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,620 milyard manat, 2024-cü ilin noyabrın 1-nə isə 1,573 milyard manat idi.

Qeyd edək ki, bu ilin noyabr ayının 1-nə Azərbaycan banklarının biznes kredit portfelinin həcmi 15,623 milyard manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 78,8 milyon manat və ya 0,5%, ötən ilin eyni dövrünə nisbətən isə 995,3 milyon manat və yaxud 6,8% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti