Bakı. Trend:
128 nəfərin həyatına son qoymuş yanğınla bağlı elan olunmuş matəm çərçivəsində Honkonqda Çinin və Honkonq xüsusi inzibati rayonunun bayraqları dekabrın 1-ə kimi endiriləcək.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, bölgədə eyni zamanda, hökumət tərəfindən təşkil edilən və ya sponsorluq edilən bütün əyləncə və bayram tədbirləri ləğv olunub.
Honkonqda şənbə günü səhər saat 08:00-a (Bakı vaxtı ilə 03:00) üç dəqiqəlik sükut elan edilib.
Matəm dövründə şəhərin bütün rayonlarında başsağlığı kitabı yerləşdiriləcək. Sakinlər orada öz başsağlığı ismarıclarını yaza biləcəklər.
