...

Azərbaycan və İsveç vergi sahəsində əməkdaşlıq imkanlarını dəyərləndiriblər

İqtisadiyyat Materials 28 Noyabr 2025 15:52 (UTC +04:00)
Azərbaycan və İsveç vergi sahəsində əməkdaşlıq imkanlarını dəyərləndiriblər
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) nümayəndə heyəti İsveç Krallığına səfər çərçivəsində həmin ölkənin Vergi Agentliyində işgüzar görüşlər keçirib.

Trend DVX-yə istinadən xəbər verir ki, səfərin əsas məqsədi təcrübə mübadiləsinin aparılması, vergi inzibatçılığı sahəsində qabaqcıl beynəlxalq yanaşmaların öyrənilməsi, rəqəmsal transformasiya proseslərinin təhlili, süni intellekt texnologiyalarının tətbiqi imkanlarının araşdırılması, borc idarəçiliyi və riskə əsaslanan vergi nəzarəti modellərinin müqayisəli qiymətləndirilməsi olub.

Səfər çərçivəsində DVX-nin nümayəndə heyəti süni intellekt əsaslı xidmət modelləri, aksiz vergilərinə nəzarət mexanizmləri, rəqəmsallaşdırılmış vergi bəyannaməsi ekosisteminin funksional xüsusiyyətləri və insan resurslarının inkişafı strategiyaları üzrə keçirilən təqdimat və müzakirələrdə iştirak edib. Bununla yanaşı, beynəlxalq məlumat mübadiləsinin genişləndirilmiş tətbiqi, böyük həcmli məlumatların risk auditlərində istifadəsi, vergi intizamının gücləndirilməsi və müasir nəzarət alətlərinin səmərəliliyi mövzularında fikir mübadiləsi aparılıb.

Tərəflər vergi inzibatçılığı sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin, eləcə də birgə təlim və təcrübə proqramlarının davam etdirilməsinin vacibliyini vurğulayaraq bu sahədə ortaq təşəbbüsləri nəzərdən keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti