Bakı. Trend:
Bolqarıstan hökuməti ilk dəfə avroda tərtib edilən 2026-cı il büdcə planını təsdiq üçün parlamentə yenidən təqdim edəcək.
Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə baş nazir Rosen Jelyazkov paytaxt Sofiyada keçirilən etirazlardan sonra bildirib.
Parlament qruplarının nümayəndələri ilə görüşdən sonra Jelyazkov əlavə edib ki, onun kabineti büdcəni parlamentə yenidən təqdim etməzdən əvvəl işçilər və işəgötürənlərlə dialoqu bərpa etməyə çalışacaq.
Qeyd edilir ki, Bolqarıstan yanvarın 1-də avronu tətbiq edəcək.
