Bakı. Trend:
Almaniyanın Köln şəhərinin Qremberqhoven rayonunda aparılan axtarış işləri zamanı İkinci Dünya müharibəsinə aid iki partlamamış bomba aşkarlanıb.
Trend xəbər verir ki, ingilis istehsalı olan bombaların zərərsizləşdirilməsi məqsədilə təxminən 6 min sakin müvəqqəti evlərindən təxliyə edilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində ətrafda 500 metrlik xüsusi zona yaradılıb, önəmli dəmiryolu xətti müvəqqəti bağlanıb və qatarların hərəkətində dəyişikliklər tətbiq olunub.
Əməliyyat uğurla başa çatdırılıb, partlamamış bombalar zərərsizləşdirilərək daşınıb. Sakinlər və nəqliyyat xidmətlərinin fəaliyyəti adi rejimdə bərpa edilib.
