Bakı. Trend:
Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi karbohidrogenlərin nəqli yanaşmalarının yenidən nəzərdən keçirilməsini və daha ekoloji həllərə keçidi zəruri edir.
Trend xəbər verir ki, bunu “Chevron International Production Company” şirkətinin Avrasiya üzrə vitse-prezidenti Dilan Morqan Bakıda keçirilən SPE 2025 Xəzər Texniki Konfransı çərçivəsində bildirib.
“Neft və qazın tədarükü üçün ən təhlükəsiz vasitə yenə də boru kəmərləri olaraq qalır və əgər söhbət dayanıqlı və məsuliyyətli yanaşmadan gedirsə, məhz onların istifadəsinə üstünlük verilməlidir”,- deyə o bildirib.
“Chevron”un vitse-prezidenti Xəzəryanı tərəflər arasında uyğun və bir-biri ilə qarşılıqlı əlaqədə olunan infrastrukturun inkişafının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu, istifadə olunan gəmi sayının əhəmiyyətli dərəcədə azalmasına və limanların fəaliyyətini dəstəkləmək üçün dərinləşdirmə işlərinə olan ehtiyacın minimuma enməsinə imkan verərdi.
“Belə təşəbbüslərin irəli aparılması üçün bunun region ölkələrinin hamısı üçün niyə sərfəli yanaşma olduğunu və Xəzərin maraqlarına cavab verdiyini düzgün izah etmək vacibdir. SPE bu ideyaların irəlilədilməsi üçün açar platformaya çevrilə bilər, çünki təşkilat ayrı-ayrı şirkətlərin maraqlarına bağlı deyil, peşəkar və məsuliyyətli sənaye inkişafına yönəlib”,- deyə o bildirib
