...

Hindistandan idxal olunan bioloji aktiv qidaların bir hissəsi istifadəyə yararsız olub (FOTO)

Gündəm Materials 27 Noyabr 2025 17:46 (UTC +04:00)
Hindistandan idxal olunan bioloji aktiv qidaların bir hissəsi istifadəyə yararsız olub (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı.Trend:

Nəzarət tədbirləri çərçivəsində “HB CO LTD” MMC-nin Hindistandan idxal etdiyi 4934 ədəd “Glukamin” və 2982 ədəd “Carditon Q” əmtəə nişanlı bioloji aktiv qida məhsulu partiyasından Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub.

Trend xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, sınaq nəticəsində “Carditon Q” əmtəə nişanlı bioloji aktiv qida məhsulunun tərkibində B12 vitaminin miqdarının normadan artıq olduğu, “Glukamin” əmtəə nişanlı bioloji aktiv qida məhsulunun tərkibində isə manqanın miqdarının normadan aşağı olduğu müəyyən edilib.

Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib.

Sahibkar müraciəti əsasında məhsul partiyası məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti