...

Azərbaycan XİN Çinə başsağlığı verib

Siyasət Materials 27 Noyabr 2025 17:02 (UTC +04:00)
Azərbaycan XİN Çinə başsağlığı verib
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Çinin Honkonq əyalətinin Tay Po şəhərində baş vermiş və çoxsaylı insan itkisi və xəsarətlərə səbəb olmuş faciəli yanğından dərin kədərləndiyimizi bildiririk.

Trend xəbər verir ki, bu barədə XİN sosial şəbəkə hesablarındakı paylaşımında qeyd edib.

"Həlak olanların ailə və yaxınlarına dərin başsağlığı verir, yaralılara isə tezliklə sağalmalarını arzulayırıq. Bu çətin dövrdə diqqət və düşüncələrimiz Çinin Honkonq əyalətinin xalqı ilədir", - paylaşımda vurğulanıb.

Xatırladaq ki, Honkonqda yaşayış kompleksində baş vermiş güclü yanğın nəticəsində həlak olanların sayı 55 nəfərə çatıb. Səkkiz hündürmərtəbəli yaşayış binasından ibarət "Wang Fuk Court" kompleksindəki yanğın yanvarın 26-ı başlayıb. Binaların birindən başqa hamısını yanıb. Komkpeksdə təxminən 4000-ə yaxın insan yaşayırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti