...

Azərbaycanda həyat sığortası bazarı 16%-dən çox böyüyüb

İqtisadiyyat Materials 27 Noyabr 2025 10:30 (UTC +04:00)
Azərbaycanda həyat sığortası bazarı 16%-dən çox böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 710,7 milyon manat sığorta haqqı toplanılıb.

Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 100,4 milyon manat və ya 16,4% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 140,3 milyon manat və yaxud 34,5% artaraq 546,9 milyon manata çatıb.

Beləliklə, 10 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 76,9 manatı müştərilərə geri ödənilib.

Qeyd edık ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 1,256 milyard manat sığorta haqqı yığılıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 143,9 milyon manat və ya 12,9% çoxdur.

Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 772,6 milyon manat sığorta ödənişi edilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 150,3 milyon manat və ya 24,1% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti