Bakı. Trend:
Türkiyənin Egey dənizi sahillərində 4,6 maqnitudalı zəlzələ baş verib.
Trend xəbər verir ki, bu haqda Türkiyənin Fövqəladə Halların İdarəolunması İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Bakı vaxtı ilə 05:08-də baş vermiş zəlzələnin episentri Egey dənizində, yeraltı ocağı 8,73 kilometr dərinlikdə olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.
