...

Çində qatar inşaatçıları vurub - 11 nəfər həlak olub

Dünya xəbərləri Materials 27 Noyabr 2025 09:55 (UTC +04:00)
Çində qatar inşaatçıları vurub - 11 nəfər həlak olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin Kunmin şəhərində qatarın relslərin üzərində olan inşaatçıları vurması nəticəsində 11 nəfər həlak olub. Həmçinin 2 nəfərin yaralandığı bildirilir.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bədbəxt hadisədən sonra həmin xətdə fövqəladə hallara reaksiya planı işə salınıb. Hadisə yerinə çox sayda xilasedici və təcili tibbi yardım briqadaları göndərilib. Hazırda həmin dəmir yolu xəttində hərəkət bərpa olunub.

Ölkənin dəmir yolları xidmətinin rəhbərliyi qurbanların ailələrinə başsağlığı verərək, bütün günahkarların məsuliyyətə cəlb olunacağını bildirib.

Qəzanın səbəbləri hələ ki, məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti