...

Dezinformasiyanın məqsədi cəmiyyətdə formalaşan fikir və ictimai rəyə təsir göstərməkdir - Qazaxıstan nümayəndəsi

Cəmiyyət Materials 27 Noyabr 2025 15:07 (UTC +04:00)
Dezinformasiyanın məqsədi cəmiyyətdə formalaşan fikir və ictimai rəyə təsir göstərməkdir - Qazaxıstan nümayəndəsi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend

Qazaxıstan Prezidentinin xarici səfərləri zamanı ölkəmizlə bağlı saxta informasiyalar yayılırdı. Biz çalışırdıq ki, daha çox ələkdən keçirilmiş, dəqiqləşdirilmiş məlumatları yayaq.

Trend xəbər verir ki, bunu bu gün Qazaxıstanın “Xabar” Agentliyinin sədrinin müavini Dauletxan Jiyenkulov Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində baş tutan “Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində” mövzusuna həsr olunan panel sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, tədricən və ya sürətli şəkildə yayılan feyk-nyuslar cəmiyyətdə müəyyən çaşqınlıq yaradır:

“Məqsəd cəmiyyətdə, insanlarda formalaşan fikir və rəyə təsir göstərmək, ölkədəki daxili nizamı pozmaqdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti