Bakı. Trend:
Bu ilin noyabrın 1-nə Azərbaycanda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,285 milyard manat təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, cari ilin oktyabr ayının 1-i ilə müqayisədə 29,1 milyon manat və ya 0,3%, ötən ilin eyni dövrünə nisbətən isə 49,2 milyon manat və ya 0,6% çoxdur.
Belə ki, cari ilin oktyabr ayının 1-nə Azərbaycanda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,256 milyard manat, 2024-cü ilin noyabrın 1-nə isə 8,236 milyard manat idi.
Qeyd edək ki, bu ilin noyabr ayının 1-nə Azərbaycan banklarının biznes kredit portfelinin həcmi 15,623 milyard manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 78,8 milyon manat və ya 0,5%, ötən ilin eyni dövrünə nisbətən isə 995,3 milyon manat və yaxud 6,8% çoxdur.
