...

Azərbaycanda 30 İordaniya şirkəti qeydiyyatdan keçib - Sahil Babayev

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2025 14:35 (UTC +04:00)
Azərbaycanda 30 İordaniya şirkəti qeydiyyatdan keçib - Sahil Babayev
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 30 İordaniya şirkəti qeydiyyatdan keçib.

Trend xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Sahil Babayev Bakıda İordaniya və Azərbaycan arasında ticarət, iqtisadi və texniki əməkdaşlq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasında bildirib.

Nazirin sözlərinə görə, bu şirkətlərin 19-u qeyri-xammal sektorunda aktiv şəkildə fəaliyyət göstərir.

“Hesab edirik ki, hər iki ölkənin investisiya potensialının daha da inkişafı daha geniş və irimiqyaslı layihələrə gətirib çıxaracaq”, – deyə o qeyd edib.

S. Babayev həmçinin İordaniya şirkətləri ilə qarşılıqlı fəaliyyətin aktivləşdirilməsi və Azərbaycan şirkətlərinin İordaniya bazarında iştirakı üçün müvafiq platformaların yaradılmasının zəruri olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti