...

Azərbaycanda bu ilin ötən dövrü ərzində uşaqlara ən çox qoyulan adlar açıqlanıb

Cəmiyyət Materials 27 Noyabr 2025 12:08 (UTC +04:00)
Azərbaycanda bu ilin ötən dövrü ərzində uşaqlara ən çox qoyulan adlar açıqlanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 2025-ci ilin ötən dövrü ərzində (yanvar-noyabr aylarında) uşaqlara ən çox verilən oğlan və qız adlarının siyahısı müəyyənləşib.

Trend xəbər verir ki, bu barədə məlumat Ədliyyə Nazirliyinin adlar üzrə statistikasında yer alıb.

Statistikaya görə, bu il ölkə üzrə oğlan və qızlara ən çox Uğur, Melisa adları verilib.

Oğlanlara verilən adlarla bağlı statistika belədir: Uğur (1569),Raul (1166), Əli (1028), Hüseyn (1050), Yusif (986).
Qız adları: Melisa (1073), Zeynəb (1015), Məryəm (1014), Nilay (993), Aylin (964), Zəhra (942), Fatimə (715).

Son beş ilin statistikasına görə yenə də "Uğur" adı birinci yerdədir. Belə ki, son beş ildə 8721 nəfər uşağa bu ad verilib. Qız adları arasında isə Zəhra adı birinci yerdədir. Son beş ildə 7273 nəfər qıza Zəhra adı verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti