Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əmlak sığortası növlərinin hesabına 196,252 milyon manat sığorta haqqı toplanılıb.
Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,4 milyon manat və ya 9,7% çoxdur.
Hesabat dövründə əmlak sığortası növləri üzrə ödənişlər isə 8 milyon manat və yaxud 29,7% artaraq 34,943 milyon manata çatıb.
Beləliklə, 10 ayda əmlak sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 17,8 manatı müştərilərə geri ödənilib.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 1,256 milyard manat sığorta haqqı yığılıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 143,9 milyon manat və ya 12,9% çoxdur.
Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 772,6 milyon manat sığorta ödənişi edilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 150,3 milyon manat və ya 24,1% artım deməkdir.
