Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubio avropalı həmkarlarına bildirib ki, ABŞ administrasiyası Ukraynaya hər hansı təhlükəsizlik zəmanəti verməzdən əvvəl Ukrayna böhranının həlli üçün razılaşma əldə etmək istəyir.
Trend-in məlumatına görə, bu barədə "Politico" qəzeti xəbər verib.
Bildirilib ki, ABŞ prezidenti Donald Tramp razılaşma bağlandıqdan sonra bu məsələləri müzakirə etməyə hazır olacaq.
Qəzetin mənbələrinə görə, M.Rubio həmçinin müqavilə bağlandıqdan sonra Ukraynanın ərazi bütövlüyü və xaricdəki dondurulmuş Rusiya aktivlərinin taleyi də daxil olmaqla digər məsələlərin müzakirəsini təklif edib.
Bundan əlavə, dövlət katibi qeyd edib ki, Vaşinqton Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi və Ukraynaya hərbi yardım göstərdiyi üçün ABŞ danışıqlar prosesində qərəzsiz vasitəçi hesab edilmir.