...

Ceyhun Bayramov Roma Papası ilə dinlərarası dialoqu müzakirə edib (FOTO)

Siyasət Materials 26 Noyabr 2025 19:52 (UTC +04:00)
Ceyhun Bayramov Roma Papası ilə dinlərarası dialoqu müzakirə edib (FOTO)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Roma Papası XIV Leo ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, Vatikana rəsmi səfərim çərçivəsində Papa XIV Leonun ümumi audiyensiyasında iştirak etdim və onunla görüşməkdən şərəf duydum.

"Azərbaycan və Müqəddəs Taxt-tac arasında dinlərarası dialoqun və multikulturalizmin təşviqi baxımından böyük əhəmiyyət daşıyır.

İki ölkə arasındakı münasibətlər müxtəlif dinlər arasında dialoq üçün nümunə rolunu oynayır və Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir", - nazirin paylaşımında vurğulanıb.

Qeyd edək ki, 24 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Taca və İtaliya Respublikasına rəsmi səfərə yola düşüb.

Bildirilib ki, səfər çərçivəsində 25-27 noyabr tarixlərində nazir Ceyhun Bayramovun Vatikanda və İtaliyada xarici işlər nazirləri, digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin, beyin mərkəzində çıxışı və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti