...

Livanla Kipr arasında dəniz sərhədləri müəyyənləşdi

Dünya xəbərləri Materials 26 Noyabr 2025 17:54 (UTC +04:00)

Bakı. Trend:

Beyrutda Livanla Kipr arasında dəniz sərhədlərinin müəyyənləşdirilməsi barədə saziş imzalanıb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, bu sənəd gələcəkdə hər iki tərəfə dənizdə enerji mənbələrinin kəşfiyyatı və qazıntısına imkan yaradacaq.

Həmçinin, Kipr prezidenti sazişi tarixi əhəmiyyətli sənəd adlandırıb. Qeyd edib ki, Livanla dəniz sərhədlərinin müəyyənləşdirilməsi regionda enerji layihələri ilə maraqlanacaq investorlar üçün hüquqi bazanı təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti