...

Noyabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

Cəmiyyət Materials 26 Noyabr 2025 10:23 (UTC +04:00)
Noyabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla da bu ayın bütün sosial ödənişləri başa çatdırılıb.

Belə ki, noyabrın 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası üzrə noyabr ayının pensiyaları, noyabrın 21-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin noyabr ayı üzrə pensiyaları, bu gün, noyabrın 26-da isə noyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Xəbər lenti

Xəbər lenti