...

İspan kralının qızıl sikkəsi Avropada rekord qiymətə satılıb

Dünya xəbərləri Materials 25 Noyabr 2025 21:00 (UTC +04:00)
İspan kralının qızıl sikkəsi Avropada rekord qiymətə satılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın 17-ci əsrin əvvəlində kral III Filippin göstərişi ilə zərb olunmuş 100 eskudo nominallı qızıl sikkəsi hərracda təxminən 3,5 milyon ABŞ dollarına satılıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, “Numismatica Genevensis SA” hərrac evində çəkic altına gəlmiş 100 eskudo beləcə Avropa hərracları tarixinə ən bahalı qızıl sikkə kimi düşüb.

Hərrac evinin bildirdiyinə görə, bu sikkə ispan müstəmləkəçiləri tərəfindən Amerikadan gətirilmiş qızıldan Seqovia şəhərində zərb olunub. Üzərində həmin dövrdə Habsburqların nəzarəti altında olan Kastiliya və Leon, Araqon, Portuqaliya, Avstriya, Burqundiya, Brabans və digər ərazilərin gerbləri təsvir edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti